Aydın Hüseynov: \"Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi imperialist qüvvələrin istəyinin qarşısını aldı\"

Aydın Hüseynov: \"Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi imperialist qüvvələrin istəyinin qarşısını aldı\"

\"Azərbaycanın qurtuluşu ulu öndər Heydər Əliyevin Moskvadan Azərbaycana qədəm qoyduğu gündən başladı\". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Patiyasının Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. O bildirib ki, ulu öndər Heydər Əliyevin Naxçıvanın Ali Məclisinə sədr seçilməsi Azərbaycan indiki inkişafının başlanğıcı oldu. A.Hüseynovun sözlərinə görə, həmin dövrdə ermənilərin planı Qarabağdan əvvəl Naxçıvanı tutmaq idi.


"Heydər Əliyev Naxçıvanda olarkən həmin şəhər blokada şəraitində idi. Ulu öndər Naxçıvanı qorumaqla Azərbaycanı qorudu. Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlməsi yenidən imperialist qüvvələrin istəyinin qarşısını aldı. Ulu öndərin hakimiyyətə gəlməsi təkcə Azərbaycanın deyil, eləcə də SSRİ-nin tərkibindəki digər respublikaların hakimiyyətinin möhkəmlənməsinə şərait yaratdı. Heydər Əliyev hakimiyyətə gələndə ölkə dərin iqtisadi böhran yaşanırdı. Valyuta ehtiyatları yox idi, inflyasiya səviyyəsi olduqca yuxarı idi, ölkəyə valyuta gətirəcək heç bir mənbə yox idi. Həmin dövrdə ölkədə həm rubl, həm də manat dövriyyədə işləyirdi. Heydər Əliyevin hakimiyyəti dövründəsə maliyyə və bank sistemində böyük islahatlar keçirildi. Həmin dövrdə özəlləşmə proqramının həyata keçirilməsi, planlı sovet hesabat sistemindən bazar iqtisadiyyatına keçməyin özü dərin bir proses idi. Buna keçmək üçün elmə, təhlillərə söykənən sistemə keçmək, ölkənin milli, psixoloji, mənəvi problemlərini həll etmək ağır proses olsa da ulu öndər Heydər Əliyev bunların öhdəsindən gəldi. Bugünki uğurların kökündə də həmin dövrdə atılan addımlar durur", - deyə o əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə