Bakcell futbolsevərləri sevindirdi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. Şirkətdən SİA-ya verilən məlumata görə, Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti futbol azarkeşlərini də unutmur. Artıq istənilən KLASS və ya CİN abunəçisi START kəlməsini 2012 qısa nömrəsinə göndərməklə Polşa və Ukraynada başlayan Futbol üzrə Avropa Çempionatının oyunları haqqında ətraflı məlumat alacaqdır.


Servisə qoşulma haqqı 0.05 AZN, hər daxil olan sms haqqı isə, 0.35 AZN-dir. Xidmətdən imtina etmək üçün STOP kəlməsini 2012 qısa nömrəsinə göndərmək kifayətdir.


Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.


Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.


Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər

Bütün xəbərlər Facebook səhifəmizdə