Mərkəzi Bank seminar keçirib

Azərbaycan Respublikası Mərkəzi Bankı və "Deloitte" audit şirkətinin birgə təşkilatçılığı ilə banklar üçün Maliyyə Hesabatlığının Beynəlxalq Standartlarında (MHBS) olan yeniliklərə aid seminar keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, iki gün davam edən treninqlər "Deloitte" şirkətinin MHBS sahəsində ixtisaslaşmış mütəxəsiləri tərəfindən aparılıb.

Seminarda MHBS-də edilmiş cari dəyişikliklərlə yanaşı bankların maliyyə hesabatlığına təsir edə biləcək planlaşdırılan yeniliklər də müzakirə edilib.

Seminarda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının nümayəndələri ilə yanaşı Maliyyə Monitorinqi Xidməti və Mərkəzi Bankın müvafiq departamentlərinin əməkdaşları da iştirak ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə