Siyavuş Novruzov: \"Radikal müxalifət üçün vətən, dövlət və millət marağı yoxdur\" - MÖVQE
\"Müxalifət partiyaların bəyanatları və hansı addım atmaları bizi narahat etmir. Sadəcə olaraqxalqımız onların nəyə qadir olduqlarını və kimlər olduğunu bir daha müəyyən etdi\". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, radikal müxalifət üçün vətən, dövlət, millət marağı yoxdur. Onun sözlərinə görə, bu dairələr yalnız özlərinin və qulluq etdikləri ağalarının marağını güdürlər.
\"Təbii ki, onlar siyasətin arxivindədirlər və son hərəkətləri ilə arxivdəki yerlərini daha dərinləşdirirlər. Ölkə vətəndaşları, cəmiyyətimiz ümummilli məsələlərdə müxalifət düşərgəsinin həmrəyliyinin şahidi olmayıb. Xüsusilə, \"Eurovision\" mahnı müsabiqəsi ərəfəsində əllərindən gələni etdilər ki, ölkənin imicinə zərbə vursunlar. Belə qənaətə gəlmək olur ki, sabah ordumuz torpaqlarımızı azad etməyə başlayanda, bu cür arxadan xəncər vuranlar nə oyundan çıxa bilərlər. Bir müddət əvvəl xeyli əcnəbi jurnalist ölkəmizdə səfərdə oldu. Yaxşı fürsət idi ki, Qarabağ həqiqətləri barədə onların vasitəsilə dünya ictimaiyyətinə məlumatlar çatdırılsın. Amma müxalifət təmsilçiləri Qarabağla bağlı bir kəlmə də danışmadılar. Bunu ona görə etmədilər ki, xarici havadarlarının xoşuna gəlməzdi. Axı onlar belə tapşırıq verməmişdilər. Radikal müxalifət partiyaları yalnız xarici havadarları üçün canfəşanlıq etdi. Sözsüz ki, həmin partiyaların rəhbərləri bunun müqabilində pul alıb yay istirahətinə gedəcəklər. Yəni bu müxalifət üçün xalqın taleyi vacib deyil, əsas özlərinin mədəsidir\", - deyə YAP icra katibinin müavini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB