Milli Məclis rəhbərliyi TürkPA-nın iclasında iştirak edəcək

Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkekə səfər edəcək. SİA-nın xəbərinə görə, iyunun 14-dən başlanacaq səfərdə məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) III plenar sessiyasında iştirak etməkdir. İiyunun 14-15-də Bişkek şəhərində keçiriləcək sessiyanın işində Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyi, Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...