Milli Məclisin deputatları Rasim Musabəyov, Ceyhun Osmanlı və Mixail Zabelin iyunun 13-də Rusiyaya səfər edəcəklər. SİA-nın xəbərinə görə, millət vəkilləri Moskva şəhərində 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Bayram mərasimlərində ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan bu tarixi günün əhəmiyyəti barədə söhbət açılacaq, ulu öndərin xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində misilsiz xidmətlərindən danışılacaq.
Səfər iyunun 15-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB