Sumqayıtlılar Milli Qurtuluş Günündə biraraya gəldilər

Bu gün Sumqayıt şəhərində Azərbaycanın müstəqillik tarixinə şanlı səhifə kimi yazılmış Milli Qurtuluş Günü münasibətilə böyük bir tədbir keçirilib. SİA-nın xəbərinə görə, Sumqayıt şəhər İmadəddin Nəsimi adına parkda təşkil olunmuş bayram konsertində şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, idarə, müəssisə orqanlarının üzvləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib. Azərbaycan Dövlət simfonik orkestrinin müşayəti ilə dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim Üzeyir Hacıbəyovun 20-dən çox əsəri səsləndirilib. Açıq havada təşkil olunan bayram konsertində şəhər ictimaiyyətinin nümayəndələri 2 saat ərzində çox maraqlı anlar yaşayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə