Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi kitab təqdim edəcək - ELAN
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi "Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərin həllinə hüquqi dəstək" layihəsini həyata keçirir. Layihənin məqsədi günümüzün ən aktual problemlərindən biri olan, müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və məcburi köçkünlərin ortaya çıxmış sosial problemlərinin həllinə kömək göstərməkdən ibarətdir.
Layihə çərçivəsində müharibədən zərər çəkmiş aztəminatlı ailələri marifləndirmək məqsədi ilə "Müharibədən zərər çəkmiş əhali və ərazi haqda statistik məlumat" kitabı nəşr edilib.
Sizi, 14 iyun 2012-ci il tarixində, saat 12-00-da, Səs İnformasiya Agentliyinin mətbuat konfrans zalında, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə çap olunmuş "Müharibədən zərər çəkmiş əhali və ərazi haqda statistik məlumat" kitabının təqdimatına dəvət edirik.
Ünvan : Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 32.
( Səs İnformasiya Agentliyinin mətbuat konfrans zalı )
Şəhid Ailələrinə Yardım və Hüquqlarının
Müdafiəsi İctimai Birliyinin Mətbuat Xidməti
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB