Azərbaycanın nə qədər qaz və neft potensialı var?

Azərbaycanın nə qədər qaz və neft potensialı var?

Hazırda Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,55 trilyon kubmetr, neft-kondensant ehtiyatları isə 2 milyard ton təşkil edir. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən \"Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları – reallıq və proqnoz\" adlı I Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. O deyib ki, Azərbaycanın proqnoz ehtiyatları 3,45 trilyon kubmetr qaz və 2 milyard ton isə neft təşkil edir. Onun sözlərinə görə, ölkənin ümumi qaz və neft ehtiyatları isə 10 milyard ton şərti yanacaq vahidi həcmində qiymətləndirilir.

X.Yusifzadə
qeyd edib ki, 1996-2011-ci illərdə xarici şirkətlərlə birlikdə Azərbaycanda 34 quyu qazılıb, 159 min metr qazma həcmi yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə