15 iyun - Qurtuluş tariximiz Qubada vərəqləndi

15 iyun - Qurtuluş tariximiz Qubada vərəqləndi

Quba rayonunda 15 iyun Milli Qurtuluş günü ilə bağlı ümumrayon tədbiri keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə çıxış edən Quba rayon İcra hakimiyyətinin başçısı Mübariz Ağayev bildirib ki, hər bir azərbaycanlı kimi qubalılar üçün də bu tarixi gün hər il böyük təntənə ilə qeyd edilir. Çünki azadlıq, müstəqillik xalqımız üçün, ən müqəddəs, ən şirin nemətdir. Bu neməti isə xalqımıza bəxş edən məhz ulu öndərimiz olub. Əbədiyaşay liderimiz hər zaman deyirdi ki, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Quba rayonunda tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü məhz bu baxımdan qiymətləndirlir, dərindən dərk edilir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Heydər Əliyevdir.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə