Gənc dövlət qulluqçuları üçün təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş müsabiqələrdə müvəffəqiyyət əldə edən və hazırda dövlət qulluğunda çalışan gənclərə onların peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşdırılması məqsədilə təlimlər keçirilib. Komissiyadan SİA-ya veirlən xəbərə görə, təlimdə dövlət orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən gənc dövlət qulluqçuları iştirak ediblər.


Təlimlər Gənclərə dövlət qayğısının artırılması, gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həll edilməsi, onların sosial müdafiəsinin təmin

edilməsi məqsədi ilə təşkil olunub. Təlimdə komissiyanın əməkdaşları "İş bölgüsü", "Vaxtın idarə edilməsi" və "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzuları ətrafında çıxış edib, dövlət qulluqçularını maraqlandıran suallara cavab veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...