"Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi" adlı I Beynəlxalq elmi-nəzəri konfrans keçirilib

"Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi" adlı I Beynəlxalq elmi-nəzəri konfrans keçirilib

Jurnalistika sahəsində çalışan alim və gənc tədqiqatçılar tərəfindən aparılan elmi-tədqiqat işlərini məqsədəuyğun istiqamətə yönəltmək, keyfiyyətini daha da yüksəltmək, əldə olunan mühüm elmi nəticələri müzakirə etmək məqsədilə 22 may 2012-cil tarixdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində rektorun R-54 26.04.12 tarixli əmrinə əsasən ilk dəfə olaraq "Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi" adlı I Beynəlxalq elmi-nəzəri konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransın yekunu olaraq təqdim edilmiş materiallar məcmuə şəklində nəşr edilib. Toplunun redaktoru Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyevadır.

Xatıraldaq ki, konfrans zamanı müasir jurnalistika, onun problemləri, jurnalistin peşə etikası, internet, televiziya jurnalistikası, mediada Qarabağ məsələsi və sair aktual mövzulara toxunulub.

Bütün xəbərlər Facebook səhifəmizdə