Əfqanıstanın dövlət qulluqçuları Azərbaycanda

Əfqanıstanın dövlət qulluqçuları Azərbaycanda

Əfqanıstan İslam Respublikasının Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu üzrə Komissiya sədrinin müavini Rohulla Osmaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir. SİA-nın xəbərinə görə, səfər çərçivəsində bu gün nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov ilə görüşüb. V.Misirov görüş iştirakçılarını salamladıqdan sonra söz Əfqanıstan nümayəndə heyətinin üzvünə verilib. Nümayəndə heyətinin təmsilçisi çıxışında təşkil olunan səfərin ölkələr arasında dövlət qulluğu sahəsində əməkdaşlığın inkişafına olan müsbət təsirini vurğulayıb.


Əfqanıstandan olan nümayəndə heyəti üçün "Dövlət qulluğuna mərkəzləşdirilmiş qaydada

qəbul", "Komissiyanın beynəlxalq əlaqələri və strateji əməkdaşlıq", "Komissiyanın

rəsmi saytı və göstərdiyi elektron xidmətlər"."Xidməti fəaliyyətin qiymətləndirilməsi

sistemi", "Dövlət qulluğu sisteminin hüquqi tənzimlənməsi", "Dövlət qulluqçularının etik

davranış qaydaları" və digər mövzularda təqdimatlar ediləcək. Proqrama əsasən nümayəndə heyəti iyunun 12-də Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovla görüşdükdən sonra Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi test mərkəzi ilə də tanış olacaqlar.


Növbəti günlərdə qonaqlar Heydər Əliyev Fonduna, İqtisadi İnkişaf Nazirliyinə, Nəqliyyat

Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və onun yerli bölmələrinə və Azərbaycan

Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına səfər edəcəklər. Səfər 15 iyun tarixədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə