Göygöldə yeni subartezian quyuları qazılır

Göygöldə yeni subartezian quyuları qazılır

Göygöl rayonunda əhalinin suya olan təlabatının yaxşılaşdırılmasına başlanılıb. Göygöl Suvarma Sistemləri İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, bu məqsədlə yeni subartezian quyuları qazılır.

İlkin mərhələdə Göygöl şəhəri, Bəhrambəy və Balçılı kəndlərində yeni artezianlar istifadəyə veriləcək. Sonrakı dövrdə isə digər kənd və qəsəbələrin su ilə təminatına başlanılacaq.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə