İraq türkmanları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOLAR

İraq türkmanları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOLAR

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan – İraq mədəni əlaqələri: dünəni, bu günü, gələcəyi" adlı bir həftəlik tədbirlər silsiləsi çərçivəsində Azərbaycanda səfərdə olan İraq türkmanlarından ibarət nümayəndə heyəti Fəxri Xiyabanı ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, qonaqlar daha sonra Şəhidlər Xiyabanına gələrək 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər və məzarlarının üzərinə çiçəklər düzüblər.


İraq nümayəndə heyəti 1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad etmiş Qafqaz İslam Ordusunun tərkibində vuruşaraq şəhid olan 11 nəfər İraq kökənli türk şəhidlərinin uyuduğu Türk şəhidliyini də ziyarət ediblər və onların ruhuna dua oxuyublar. Ziyarət zamanı vurğlanıb ki, bu məzarlıq və bu məzarlıqda 11 nəfər İraqlı soydaşlarımızın uyuması qardaşlığımızın ən gözəl bariz nümunəsidir və bugünku və gələcək nəsillər üçün çox önəmli bir qardaşlıq örnəyidir.


Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumatlar da verilib. İraq nümayəndə heyəti şəhərimizdə görülən abadlıq-quruculuq işlərindən və Bakını görməkdən, tanımaqdan çox məmnun olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə