Qubalı gənclər üçün təlim keçilib

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı həftəsonu Quba şəhərində gənclərə "Yeni media və Kommunikasiya" mövzularında təlimlər keçirib. Təşkilatdan SİA-ya verilən məlumata görə, əsas məqsəd gənclərin yeni media alətlərindən düzgün istifadə, etdikləri fəaliyyətlərdə sosial şəbəkələrin əhəmiyyətini vurğulamaq və bu sahədə bacarıqların artırılması idi.

Bildirək ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) aprel ayından başlayaraq Quba-Xaçmaz regionunda "Gənclərin Liderlik Proqramı" çərçivəsində təlimlərə start vermişdir. Qeyd edək ki, təşkilatın prioritetlərindən irəli gələrək cari ilin oktyabr ayına kimi USAİD və Milli Demokratiya İnstitutunun maliyyə dəstəyi Quba-Xaçmaz regionunda Gənclər üçün liderlik proqramını həyata keçirəcək. Tədbirlərin təşkili işində Guba və Şəhəri Gənclər və İdman İdarəsi dəstəyini göstərməkdədir.

Eyni zamanda layihə çərçivəsində gənclər üçün Yay Düşərgəsinin keçirilməsi də nəzərdə tutulur. İştirakçılar əsasən Quba, Xaçmaz və digər ətraf rayonlardan olması nəzərdə tutulmuşdur. Tədbirlərin təlimçiləri və ekspertləri Gülsel Səfərova, Nərgiz Eyvazova, Günel İbrahim və Günel Səfərovadır.


Bütün xəbərlər Facebook səhifəmizdə