Azərbaycan Gənclər Fondu beynəlxalq arenada

Azərbaycan Gənclər Fondu beynəlxalq arenada

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının

gənclərlə iş üzrə proqram komitəsinin növbəti iclasında iştirak edəcək. Fondun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclas iyunun 11-14-ü, Fransanın Strasburq şəhərində keçiriləcək. F.Hacıyev səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Görüşlər sırasında Avropa

Gənclər Fondunun rəhbəri Jan Klod Lazaro və Avropa Şurasının Gənclər və İdman Direktorluğu ilə görüşlər nəzərdə tutulub. Görüşlərin məqsədi Azərbaycan Gənclər Fondu haqqında ətraflı məlumatı çatdırmaq və gələcəkdə birgə əməkdaşlıq haqqında razılığa gəlməkdir.


Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli, 542 saylı fərmanı ilə

yaradılıb. Fondun məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial

sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata

keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə

konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək,

maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım

etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə