Aralıq dənizi sahillərində güclü zəlzələ baş verib

Türkiyənin Aralıq dənizi sahillərində güclü zəlzələ baş verib. Bosfor universitetinin Seysmoloji rəsadxanasının yaydığı məlumata görə, Rixter cədvəli ilə 6.1 bal gücündə yeraltı təkanlar bu gün Bakı vaxtı ilə 17.45-də qeydə alınıb. Seysmoloqlar bildirir ki, zəlzələnin episentri Muğla istirahət bölgəsində olub.


Türkiyə mətbuatının yaydığı məlumata görə, yeraltı təkanlar yerli sakinlər arasında təşvişə səbəb olub. Fəthiyə şəhərində rabitə kəsilib. Antalya və Muğlada yerləşən bəzi otellərin müştəriləri evakuasiya edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə