\"İRƏLİ\" Yeni Media Akademiyası tələbələrlə görüş

"İRƏLİ" Gənclik Mərkəzində \"İRƏLİ\" Yeni Media Akademiyası layihəsinin tələbələri "New Baku Post" qəzetinin təsisçisi Tural Əliyev və qəzetin baş redaktoru Tofiq Abbasovla görüşüblər. SİA-nın xəbərinə görə, qəzetin yaranması haqda danışan Tural Əliyev qeyd edib ki, "Baku Post" hər bir Azərbaycan vətəndaşının qəzetidir: "Qəzetin ilk sayını 10 min tirajla buraxmaq qərarı verəndə əvvəlcə xeyli tərəddüd etdik. Amma qəzet yayıma çıxandan cəmi 3 saat sonra tamamilə paylandı. Biz növbəti nömrədən tirajı 50 faiz artırdıq. Hazırda qəzetin tirajı 15 mindir. Tam məsuliyyətlə söyləyə bilərəm ki, "New Baku Post" bu gün Azərbaycanda ən sürətlə yayılan qəzetdir, geriyə qayıdan 1 ədəd belə qəzetimiz yoxdur. Qəzet çərşənbə və şənbə günləri paytaxtın 40-dan çox məntəqəsində paylanılır. "Baku Post" qəzeti hər kəsin–tələbənin, təqaüdçünün, siyasətçinin qəzetidir".


Qəzetin baş redaktoru Tofiq Abbasov qeyd edib ki, "Baku Post"da yalnız peşəkar insanlar

çalışır: "Yazarlarımız cəmiyyətdə tanınan, imzasına görə qəbul edilən insanlardır. Orxan Fikrətoğlu, Hamlet İsaxanlı kimi şəxslər bu qəzetin köşə yazarları sırasında yer alır. Mən bu günlərdə Moskvada oldum, orada çalışan peşəkar jurnalistlər belə bir qəzet çıxardığımıza görə, bizə minnətdarlıq etdilər. Ümid edirəm ki, "Baku Post" hər bir azərbaycanlının sevimli qəzetinə çevriləcək və tirajımız daha da artacaq".


Tofiq Abbasov gənc jurnalistlərə peşələrini sevməyi və peşəkar insan olmağı arzulayıb: "Mən

gənc yaşlarında qarşıma məqsəd qoymuşdum ki, işimin peşəkarı olacam. Jurnalistika fakültəsində oxuduğum illərdə çalışırdım yeni biliklər əldə edim, bu işdə püxtələşim. Siz də hansı sahədə çalışmağınızdan asılı olmayaraq çalışın peşəkar olun. Əmin olun belə olan təqdirdə sizə hər zaman tələbat olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə