Parlamentin növbəti iclasında nələr müzakirə ediləcək?

İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. SİA-nın xəbərinə görə, parlamentin növbədənkənar sessiyasının ilk iclasının gündəliyinə 10 məsələ daxil edilib. Bunlara "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu (ikinci səsvermə), "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi, "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) qanunlar daxildir.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...