Azərbaycan, Türkiyə və İtaliya mədəniyyəti bir arada

Azərbaycan, Türkiyə və İtaliya mədəniyyəti bir arada

İtaliyanın Milan şəhərində VI Beynəlxalq Türk Mədəniyyət, İncəsənət və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçiriləcək. SİA-nın xəbərinə görə, sentyabrın 17-dən 21-dək davam edəcək tədbirin keçirilməsində məqsəd mədəniyyət dünyasında böyük rola malik olan Azərbaycan, Türkiyə və İtaliya mədəni əlaqələrinin inkişafına daha da təkan verməkdir.

Tədbir İtaliyanın Politexnik Universiteti, Azərbaycanın "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyənin Konya Fikir, Mədəniyyət, Sənət Adamları Birliyi tərəfindən "Melas Tourism" və "Heritage Travel"in təşkilatçılığı ilə keçiriləcək.

Simpoziumda türk tarixi-ədəbiyyatı-folkloru-incəsənətinə (rəsm əsəri, heykəl və s. türk plastik sənətləri və ənənəvi türk incəsənəti ilə bağlı mövzular), türk elminə (türk ictimai elm və texnika sahəsindəki bütün mövzular), türk arxeologiyasına (arxeoloji qazıntılar; mühafizə sistemləri; memarlıq abidələrinin qorunması üçün texnikalar; bərpa-ortaq fəaliyyət sahələrində birgə çalışan tədqiqatçı və texniklərin tədris fəaliyyətləri; yerləşmə tətbiqetməsinin monitorinq araşdırmaları) dair məruzələr dinləniləcək. Türk incəsənətlərinə həsr edilən sərgi də Vision Konya tərəfindən təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə