Türkiyədə “Qarabağ” göstərildi

Türkiyədə “Qarabağ” göstərildi

Şimali Kiprin Yaxın Doğu Universitetində "QARABAĞ" adlı filmin təqdimat mərasimi keçirilib. Yaxın Doğu Universitetin tələbəsi, eyni zamanda, filmin logistik dəstəkçisi Maral Hüseynli SİA-ya açıqlamasında bildirib ki, "Qarabağ" adlı filmin rejisoru türkiyəli tələbə Gökalp Yamendir. Film adı çəkilən universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib. Film barədə ətraflı məlumat verən Maral Hüseynlinin sözlərinə görə, Gökalp Yamen ssenarini azərbaycanlı tələbələr-Günel Babayeva və Niyazi Səlimbəyli ilə birgə birgə yazıb.


"Qarabağ müharibəsindən bəhs edən filmin müddəti 18 dəqiqədir. Filmin çəkilməsində məqsəd gənclərin gözü ilə Qarabaq həqiqətlərini izləyicilərə çatdırmaq olub. Filmdə baş rolları Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk oynayırlar. Ekran əsərində Ukrayna (Krım), İraq (Kərkük), Kipr (Lefkoşa), Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar iştirak ediblər. Filmin prodüsseri Günel Babayevadır", - deyə Maral Hüseynli əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə