Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə iyunun 9-da İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun şəxsi dəvəti ilə Respublikanın yaranmasının 20 illliyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirak etmək üçün Şimali Qafqaz Respublikasına səfər edəcək. səfərə hazırlaşır. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərdə A.Paşazadəni QMİ sədrinin birinci müavini, müfti Salman Musayev müşayiət edəcək.
İyunun 10-da isə Hacı Allahşükür Paşazadə Tatarıstan Respublikasına səfər edəcək. Səfər Tatarıstan Respublikasının prezidenti Rustəm Minnixanovun şəxsi dəvəti əsasında həyata keçiriləcək. Səfər zamanı A.Paşazadə fəxri qonaq qismində Volqa Bulqarıstanında İslamın qəbul edilməsinin ildönümü münasibətilə Kazan şəhərində və tarixi Bulqar ərazisində keçiriləcək təntənəli tədbirlərdə, habelə yeni məscid kompleksinin açılışında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB