Ət məhsullarının satışı nəzarətə alınıb

Havaların istiləşməsilə ət satışı hazırda ciddi nəzarət altında həyata keçirilir. Gəncə şəhər Gigiyena və Epidemialogiya Mərkəzi, həmçinin Gəncə şəhər Baytarlıq İdarəsi gücləndirilən iş rejiminə keçib. Məqsəd yarana biləcək xəstəliklərin qarşısını vaxtında almaqdır.

Qeyd edək ki, bu gün ölkənin ikinci böyük şəhərində sallaqxanaların olmaması, başqa sözlə desək, ət kəsimin vahid mərkəzdən idarə edilməməsi aidiyatı qurumları daha məsuliyyətli işləməyə vadar edir. Gəncə şəhər Gigiyena və Epidemialogiya Mərkəzinin Şöbə müdiri Zemfira Ağayevanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, artıq vahid ət kəsimi sexinin tikintisi də nəzərdə tutulur.

Rəsmi statistikaya görə, təkcə son 5 ayda Gəncə şəhər Gigiyena və Epidemialogiya Mərkəzi tərəfindən aparılan yoxlamalar nəticəsində 11 ət kəsimi obyektinin fəaliyyətinə qadağa qoyulub.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə