Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrinə əsasən, əlillərlə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yaradılan İşçi qrup iyunun 7-də ixtisaslaşmış QHT-lərin nümayəndələri ilə birgə növbəti iclasını keçirib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov iclası giriş sözü ilə açaraq nazirlik tərəfindən sosial qanunvericilik bazasının mütərəqqi çalarlarla zənginləşdirilməsi və sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan insanların mənafelərini daha dolğun şəkildə təmin edə biləcək bir səviyyəyə çatdırılması üçün yeni layihələr, təkliflər hazırlandığını, bu sahədə ixtisaslaşmış QHT-lərlə daimi əməkdaşlıq həyata keçirildiyini deyib.
Qeyd olunub ki, keçirilən bu iclas da əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə nazirlik tərəfindən hazırlanan yeni layihələrin müzakirəsinə xidmət edən növbəti iclasdır.
İclasda \"2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın layihəsi yekun mərhələdə müzakirə olunub, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri rəy və təkliflərini bildiriblər. Dövlət Proqramının layihəsi yaxın günlərdə hökumətə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB