Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb

2012-ci ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1087,0 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 284,7 mln. manat və ya 35,5 faiz çoxdur. DSMF-dan SİA-ya verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 13,2 faiz və ya 61,3 mln. manat artaraq 524,7 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,7 faizi və ya 313,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 14,5 faiz və ya 39,7 mln. manat artırıb, proqnoz isə 105,8 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 12,9 faiz artıb.

2012-ci ilin yanvar-may aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 211,7 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz və ya 21,6 mln. manat artıb.

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 2,0 mln. manat təşkil edib.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2012-ci ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1011,0 mln. manat olub.

Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 994,4 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 253,1 mln. manat və ya 34,1 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 35,1 faiz və ya 252,3 mln. manat artaraq 971,7 mln. manat təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub.

2012-ci ilin yanvar-may aylarında əhaliyə 22,8 mln. manat məbləğində müavinət ödənilib.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 16,5 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,96 mln. manat və ya 5,5 faiz azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...