Ünvanlı sosial yardım üçün onlayn müraciət mümkün olacaq

Ünvanlı sosial yardım üçün onlayn müraciət mümkün olacaq

İyunun 6-dan etibarən müxtəlif regionlarda rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları üçün seminarların keçirilməsinə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən xəbərə görə, iki gün ərzində Gəncə şəhərində, Abşeron Masallı, Şəki və Ağcabədi rayonlarında belə seminarlar keçiriləcək. Seminarlarda yeni müraciət mexanizmlərinin tətbiqi işlərinin davam etdirilməsi ilə əlaqədar məsələlər geniş müzakirə olunur, yerli qurumlara bu mexanizmin icrası ilə bağlı izahatlar verilir.

Məlumat üçün bildirək ki, ünvanlı sosial yardım proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə hazırlanan alternativ müraciət mexanizmlərinin ötən ilin avqust ayından 2 rayonda, cari ilin yanvar ayından isə daha 25 şəhər və rayonda sınaqdan keçirilməsi işlərinə başlanılıb. Sınaq işlərində əldə edilmiş müsbət təcrübə bu sahədə işlərin bütün respublika üzrə davam etdirilməsinə əsas verir.

Yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə