Müdafiə nazirinə müraciət edildi

Müdafiə nazirinə müraciət edildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmi (MPM) qrupunun üzvləri qısa və uzunmüddətli başçəkmələri davam etdirirlər.

Bu günlərdə MPM qrupunun üzvləri Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin Şəmkir, Qazax və Gəncədə yerləşən hauptvaxtlarına başçəkmələr həyata keçiriblər. Başçəkmələr zamanı Şəmkirdə və Qazaxda yerləşən hauptvaxtların artıq bir neçə ildir ki, fəaliyyətini tam dayandırdığı müəyyən edilib. Gəncədəki hauptvaxta başçəkmə zamanı isə saxlanma şəraitinin standartlara cavab vermədiyi və sənədləşmə ilə bağlı bir sıra nöqsanların olduğu aşkar edilib. Ombudsman həmin nöqsanların aradan qaldırılması ilə əlaqədar Müdafiə nazirinə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə