Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyi Xocalı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə birliyin sədri Səriyyə Müslümqızı, Xocalı sakinləri, o cümlədən Xocalı soyqırımının şahidləri iştirak edib.
Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayıb və bu məqsədlə həyata keçirdiyi tədbirlərdən danışıb: "Layihə çərçivəsində Türkiyə Respublikasının Ankara şəhərində Qazi Universitetinin rəhbərliyilə və bir sıra partiyaların sədrlərilə görüşlər keçirdim. Həmçinin Qazi universitetinin "Sosial Bölümlər" fakultəsində Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı açıq dərs keçdim. Düşünürəm ki, Azərbaycan qardaş Türkiyə Respublikası ilə birgə erməni vandalizminə qarşı mübarizə aparmalıdır, həm Xocalı soyqırımını, həm də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır".
Daha sonra Xocalı sakinləri və Xocalı soyqırımının şahidləri erməni təcavüzündən və erməni vəhşiliklərindən danışıb, lakin hələ də bu soyqırımının lazımi şəkildə dünyada tanınmamasına təəssüfləndiklərini bildiriblər. Qeyd olunub ki, erməni terrorunun, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən qəbul olunmaması xarici ölkələrin mənafelərindən və maraqlarından irəli gəlir.
Tədbir müzakirələrlə davam etdirilib.
Nərmin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB