Sabirabad rayonunun su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq - FOTOLAR

Sabirabad rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, təməlqoyma mərasimində Azərsu Açıq Səhimdar Cəmiyyətinin sədri Qorxmaz Hüseyinov, Dünya Bankının Azərbaycan üzrə nümayəndiliyinin əməkdaşları və rayon rəhbərliyi iştirak ediblər.

Azərsu ASC-nin sədri Qorxmaz Hüseynovun açıqlamasına görə, görülən yenidənqurma işləri Azərbayan höküməti ilə Dünya Bankı arasında imzalanmış Milli Su Təzhizatı və Kanalizasiya Xidmətləri Layihəsi çərçivəsində həyata keçrilir. Sabirabad rayonunun su təchizatının yenidən qurulması layihəsi çərçivəsində Sabirabad rayonunda 34423, Qalağayın, Suqovuşan, Qəfərli, Əsədli, Bulaqlı və Balakənd kəndləri ərazisində isə 14352 nəfər olmaqla ümumilikdə 48775 nəfərin su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq. Layihənin həyata keçriləcəyi yaşayış məntəqələrinə yüksəksıxlıqlı borulardan 79.8 km uzunluğunda içməli su, 87 km uzunluğunda isə kanalizasiya xətti çəkiləcək. Rayonda fasiləsiz su təchizatının aparılması üçün tutumu 5400 kubmetr olan su anbarı inşa ediləcək. Yaranmış çirkab sularını kənarlaşdırmaq üçün mikrotunel qazılacaq, məhsuldarlığı sutkada 10500 kubmetr olan çirkab sutəmizləyici qurğu inşa olunacaq. Görüləcək işlərin 2014-cü ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə