Prezident İlham Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında yeni yaradılan Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə fondun loqosu, saytı (youthfoundation.az), fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunub.
Fondun icraçı direktoru Fərhad Hacıyev qurumun Prezidentin fərmanına əsasən yaradıldığını bildirib: "Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcək".
F.Hacıyev həmçinin fondun loqosunun dizaynı ilə bağlı elan olunan müsabiqənin nəticələri barədə məlumat verib, bu məqsədlə 181 təklifin alındığını vurğulayıb: "Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin fondun fəaliyyətində daha yaxından iştirak etməsini təmin etmək və loqonu hazırlamaq idi".
Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında vurğulayıb ki, beynəlxalq səviyyədə keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival və bu kimi layihələri dəstəkləmək, maddi- texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım fondun əsas məqsədlərindəndir.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli mərasimdə çıxış edərək fondun əhəmiyyəti haqqında danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB