Belarusun Qrodno şəhərində ənənəvi Slavyan xalqlarının IX festivalı keçirilib. BDM-dən SİA-ya verilən məlumata görə, tədbirə 33 ölkənin təmsilçiləri qatılıb. Qrodnoda fəaliyyət göstərən Azərbaycan diasporunun təşkilatçılığı ilə və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) dəstəyi əsasında Azərbaycan da festivalda iştirak edib. Festival ölkə təmsilçilərinin milli geyimlərdə yürüşü ilə başlayıb. Qeyd edək ki, yürüşün ön cərgəsində Azərbaycan təmsilçiləri hərəkət edib. Üç gün davam edən festivalda xüsusi ayrılmış meydançalarda iştirakçı xalqların mədəniyyəti, mətbəxi, musiqisi, xalçaçılıq və əl işi sənəti, müxtəlif tətbiqi incəsənət nümunələri nümayiş etdirilib. Xüsusilə Azərbaycan mətbəxinin milli yeməkləri qonaqlar və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb. Festivalın növbəti günündə dekorativ tətbiqi sənət ustası və milli geyimlər üzrə dizayner Sevil Qarakişiyevanın xüsusi əl işləri nümayiş olunub. Sərgidə Azərbaycan xalçaları və milli geyimləri qonaqların xüsusi marağına səbəb olub. Qeyd edək ki, Belarus mətbuatında Azərbaycana geniş yer ayrılıb. Beləki, təmsilçilərimizin sanki köhnə Bakının kiçik muzeyini yaratdıqlarını qeyd edərək, Bakının rəmzi olan Qız Qalası təsvir olunan rəsmlərin və kiçik heykəllərin marağa səbəb olduğunu yazıb. Festivalda Azərbaycandan gedən müxtəlif ölkələrdə keçirilən festivallarda laureat olmuş milli rəqslərin ifaçısı Gülnarə Abbasovanın "Sarı gəlin" rəqsinin ifası, xüsusilə Nizami Kazımov və Elsevən Məmmədovun Azərbaycanın qədim musiqi alətlərində xalq musiqilərimizin ifası nəyinki şəhər sakinlərinin, eyni zamanda Belarusun mədəniyyət nazirinin və rəsmilərinin gurultulu alqışları ilə qarşılanıb. Bu səbəbdən hər üç incəsənət ustası Qrodno şəhərinin mədəniyyət idarəsi tərəfindən fəxri diplomla təltif olunub. Festivalda iştirak edən BDM sədri İsmayıl Ağayev Belarusun mədəniyyət naziri Pavel Latuşko, Qrodno şəhər meri Boris Kozelkov və Qrodno regionunun qubernatoru Semyon Şapiro arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Belarus mədəni əlaqələri sahəsində fikir mübadiləsi aparılıb. Həmçinin Belarus rəsmilərinə iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafında göstərdikləri xidmətlərinə görə, ödüllər təqdim edib və Azərbaycanın milli mədəniyyətini tərənnüm edən hədiyyələr təqdim edim. Qrodno azərbaycanlıları diasporunun rəhbəri Namiq Vəliyev, Belarus-Azərbaycan Konqresinin sədri Natiq Bağırov, BDM-in Qrodno nümayəndəliyinin rəhbəri Sərdar Hüseynov iştirak edib. Qeyd edək ki, festivalda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən BDM-ə təqdim olunan materiallar (bukletlər, jurnallar, kitablar) festival iştirakçıları arasında yayımı təşkil olunub. Bu il keçirilmiş festivalda Azərbaycan təmsilçilərinin ölkəmizi layiqli şəkildə təmsil etmələri Belarusda və xüsusən də Qrodno şəhərində yaşayan soydaşlarımız tərəfindən sevinclə qarşılanıb. Festivalın işində Azərbaycan təmsilçilərinin aktiv fəaliyyət göstərməsində Qrodnoda fəaliyyət göstərən diaspor rəhbərlərinin, Namiq Vəliyev, Sərdar Hüseynov və Həbib Babayevin xüsusi xidmətləri olub.
Qeyd edək ki, festival "Mir" telekanalı vasitəsi ilə yayımlanıb və Azərbaycanın ən aktiv ölkə olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB