Azərbaycan-NATO əlaqələrinə dair beynəlxalq konfrans keçirilir-YENİLƏNİB
Bu gün Bakıda "Azərbaycan və NATO əlaqələri: Çikaqo Sammitindən sonra perspektivlər üçün yeni imkanlar" adlı beynəlxalq konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Hüquqşünasları Konfederasiyası, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının İnsan Hüquqları Elmi Tədqiqat İnstitutu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, NATO-nun İctimai Diplomatiya Bölməsi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə baş tutub.
Konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, NATO rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.Tədbirə sədrliyi Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynli edir. Tədbiri giriş sözü ilə açan Ə.Hüseynli bildirib ki, bu görüş və tədbirlər NATO-Azərbaycan əməkdaşlığına daha da sıx töhfələr verəcək.
İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevanın sözlərinə görə, Çikaqo sammitində qəbul olunan bəyannamədə açıq göstərilir ki, Cənubi Qafqazda, Maldovada, münaqişələrə cəlb olunan ölkələrdə problemlərin həlli sülh və demokratik əsaslarla həll olunmalıdır. O bildirib ki, NATO bu dövlətlərin ərazi bütövlüyünü, süverenliyini və müstəqilliyini dəstəkləyir. Bu prinsiplər və beynəlxalq hüquq, danışıqlar əsasında bu münaqişələrin həlli yolları müzakirə olunmalıdır.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu isə NATO-nun Çikaqo sammitinin nəticələri, o cümlədən xarici qüvvələrin 2014-ci ilin sonuna kimi Əfqanıstandan çıxarılacağı qərarı haqqında danışıb. O bildirib ki, müxtəlif treninqlərin keçirilməsi ilə NATO bu ölkəyə yardımlarını davam etdirəcək: "Çikaqo Bəyannaməsi növbəti dəfə Azərbaycan, Ermənistan və Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyib və NATO-nun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstəyini ifadə edib. NATO sülhməramlı qüvvələrinin 2014-ci ilin sonuna kimi Əfqanıstandan çıxarılması barədə qərar qəbul edib. 2014-cü ildən isə yeni missiya formalaşdırılacaq və bu missiya döyüş missiyası olmayacaq".
NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Uilyam Lau isə bir müddət öncə Azərbaycanın Əfqanıstanda zabitlərə treninq keçirilməsi üçün 1 milyon avro
vəsait ayırdığını deyib. O, Əfqanıstandakı
sülhyaratma əməliyyatlarına Azərbaycanın
verdiyi
töhfəni xüsusi qeyd edib.
Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə
heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev vurğulayıb ki, NATO münaqişənin sülh
yolu ilə həll olunmasını bəyan etsə də Azərbaycanın 20 faiz torpaqları işğal
altındadır, Ermənistan faktiki olaraq güc tətbiq edir. Millət vəkili NATO-nun Azərbaycana münasibətdə ikili
standartlar nümayiş etdirdiyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB