Fermerlər taxıl sahələrində qızğın işə başlayıblar

Fermerlər taxıl sahələrində qızğın işə başlayıblar

Bərdədə taxılçılıqla məşğul olan təsərrüfat sahibləri məhsul yığırlar. Ötən illə müqayisədə bu il məhsul daha boldur. SİA-nın Qarabağ bürosunun xəbərinə görə, buna səbəb kimi isə havaların əlverişli keçməsi göstərilir. Fermerlər qeyd ediblər ki, ötən il intensiv yağış yağdığından taxıl yığımında məhsul itkisiylə qarşılaşıblar. Bu il isə fermerlər hektardan 30-35 sentner taxıl əldə ediblər. Qiymətə gəldikdə isə taxılın satış qiymətini kəndlilər təyin edirlər. Məlumat üçün bildirək ki, bir kiloqram taxılın qiyməti isə 20- 30 qəpik arası dəyişir. Kəndlilər əsasən üstünlüyü xaricdən gətirilən buğda növlərinə verirlər. Xarici növlər də öz növbəsində daha keyfiyyətli və daha bol məhsul verir.

Qeyd edək ki, bu il Bərdədə 15 453 hektar sahədə taxıl 1080 hektar arpa əkilib. Artıq bölgədə arpa biçini başa çatıb, taxıl biçini aparılır.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə