Bu gün gənclər və idman naziri Azad Rəhimov Ağcabədi rayonunda növbəti Olimpiya İdman Kompleksinin təməl qoyma mərasimində iştirak edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ağcabədi Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin "Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında"2011-ci il 27 may tarixli, 1535 nömrəli Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa ediləcəkdir.
Tikinti üçün Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində 5,0 hektartorpaq sahəsi ayrılıb. Layihə-smeta sənədləri"ArchiCo İnşaat-layihə" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb. Tikinti-quraşdırma işləri "İnşaatçı" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yerinə yetiriləcək. Ağcabədi Olimpiya İdman Kompleksinin tikintisi işlərinin 2014-cü ilin I yarısı başa çatdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB