"İnsan hüquqları aylığı" çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən insan hüquqlarını, o cümlədən sosial hüquqları təbliğ edən mövzularda müxtəlif tədbirlər keçirilir. SİA-nın xəbərinə görə, bu istiqamətdə daha bir tədbir kimi, iyunun 7-də nazirliyin Şağan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokoluna uyğun olaraq hazırlanmış milli preventiv mexanizmin funksiyalarının səmərəli icrası ilə bağlı seminar keçirilib.
Nazirlyin tabeliyində olan sosial xidmət müəssisələrinin işçiləri üçün keçirilən seminarda nazirliyin əməkdaşları ilə bərabər, Nazirlik yanında İctimai Şuranın işçi qruplarına daxil olan vətəndaş cəmiyyəti birliklərinin nümayəndələri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB