Ombudsman ədliyyə nazirinə müraciət etdi

Ombudsman ədliyyə nazirinə müraciət etdi

Ombudsmanın işgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə (MTCM) başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, başçəkmə zamanı bəzi pozuntular aşkar edilib. Belə ki, müəssisədə saxlanma şəraitinin, sanitariya-gigiyena qaydalarının standartlara tam cavab vermədiyi, sənədləşmədə nöqsanların olduğu müəyyən edilib. Ombudsman ədliyyə nazirinə müraciət edərək, həmin nöqsanların aradan qaldırılmasını tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə