Bu gün gənclər və idman naziri Azad Rəhimov Abşeron Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir bildirib ki, idman ilində növbəti Olimpiya İdman Kompleksinin təməlqoyma mərasiminin keçirilməsi həqiqətən möhtəşəm bir hadisədir: "Kompleks sözün əsl mənasında idmansevərlərin ürəyincə olub, onların xidmətində olacaq. Əminik ki, bu kompleksdə məşq edəcək idmançılar, gələcəkdə qələbələri ilə xalqımızı sevindirib, olimpiya, dünya, avropa çempionalrı adını qazanacaqlar".
Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin "Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında"2011-ci il 27 may tarixli, 1535 nömrəli Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa ediləcək. Tikinti üçün Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Xırdalan şəhəri ərazisində, Bakı-Quba avtomobil yolunun 17-ci km-də 5,0 hektartorpaq sahəsi ayrılıb. Layihə-smeta sənədləri"El və En" Memarlıq və Dizayn Şirkəti tərəfindən hazırlanıb. Tikinti-quraşdırma işləri "İnşaatçı" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yerinə yetiriləcək.Abşeron Olimpiya İdman Kompleksinin tikintisi işlərinin 2014-cü ilin I yarısı başa çatdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB