Millət vəkili Ceyhun Osmanlı Sabirabadda seçiciləri ilə görüşüb

Bu gün millət vəkili Ceyhun Osmanlı Sabirabad rayonuna səfər edib. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində millət vəkili bir neçə işgüzar görüşlərdə olub və seçiciləri ilə görüşüb.

Görüşlərdə qarşılıqlı söhbət aparılıb, seçicilərin təklifləri dinlənilib. Millət vəkili rayonda aparılan abadlıq və yenidənqurma işləri ilə də yaxından tanış olub. Eyni zamanda, Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində Sabirabad rayonunun Qəzli kəndinə səfər edib və burada kənd xəstəxanasında aparılan inşaat işlərinin gedişi ilə yaxından tanış olub. Xəstəxanada aparılan işlərin hazırki vəziyyəti ilə bağlı öz razılığını bildirib və tapşırıqlarını verib. Millət vəkili qeyd edib ki, tikinti işləri ən müasir standartlara uyğun şəkildə həyata keçirilir.


Xatırladaq ki, sözügedən xəstəxana ümumi əhalisi 12 000 nəfərdən artıq olan 5 kəndə (Qəzli, Quruzma, Qaraqaşlı, Yenikənd və Kovlar) xidmət göstərəcək. Yeni tikilən xəstəxana binası 5 aydan sonra rayon sakinlərinin istifadəsi üçün təhvil veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə