"İRƏLİ\" İctimai Birliyinin \"Avante\" Klubuna yeni üzvlərin qəbulu elan edilib. Birlikdən SİA-ya verilən məlumata görə, "Avante" Klubun əsas məqsədi \"İRƏLİ\" üzvü olan və ictimai sferada uğur qazanmağı qarşısına məqsəd qoymuş gəncləri bir araya gətirmək, onların bilik və bacarıqlarının artırılmasında yardımçı olmaq, gələcək fəaliyyətlərini düzgün istiqamətləndirmək və gələcəyin lideri olacaq gənclərin şəbəkəsini yaratmaqdır.

Klubun üzvləri ən fəal, yüksək intellektual potensiala malik "İRƏLİ"çilər arasından ərizə ilə müraciət və müsahibə yolu ilə seçiləcək. İlkin mərhələdə 15 nəfər gəncin üzv ola biləcəyi klub üzvlərinə 2 ay ərzində xüsusi proqram əsasında kurs keçiləcək. Nəzəri və praktiki məşğələləri özündə birləşdirəcək kursu uğurla başa vuran iştirakçılar aktiv şəkildə təşkilatın fəaliyyətinə cəlb olunacaqlar.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...