QAT etiraz aksiyası keçirəcək

QAT etiraz aksiyası keçirəcək

Qarabağ Azadlıq Təşkilatı (QAT) BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirəcək. QAT-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyunun 7-də keçiriləcək etiraz aksiyasında ATƏT-in Minsk Qrupunun buraxılması, Ermənistanın işğalçı dövlət kimi tanınması və ona qarşı sanksiyaların tətbiq olunması, cəbhə xəttində Azərbaycan əsgərlərini qətlə yetirməyə davam edən işğalçı Ermənistan rejiminə qarşı dərhal təsirli tədbirlərin görülməsi tələbləri irəli sürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə