Təbrikdə deyilir: "Azərbaycan gələn illər ərzində dünya iqtisadiyyatında mühüm rol oynayacaq enerji resursları ilə seçilən regionun mərkəzində yerləşir. Azərbaycan həmin sərvətlərin hamının rifahına yönəldilməsində əsas və fəal rol oynayıb. Ötən ilin sonunda əldə edilmiş mühüm hökumətlərarası Saziş "Şahdəniz" qazının Avropaya nəqli məqsədilə Transanadolu boru kəmərinin çəkilməsi istiqamətində işin başlanması ilə yanaşı, "Cənub" qaz dəhlizinin reallığa çevrilməsinə yardım edəcək. Bu, Avropa enerji təchizatında şaxələndirməyə doğru atılan addım deməkdir. Bu, həmçinin regionun karbohidrogen ehtiyatlarının işlənilməsinə imkan yaratmaq üçün vacibdir. Məmnunuq ki, Azərbaycanda ən böyük xarici sərmayədar olan bp şirkəti bu işdə çox yaxından iştirak edir. Bu layihə üzrə aparılacaq iş hələ ki, çoxdur və bir sıra digər tərəflər iştirak etmək üçün növbədədir. Mən gələcəkdə sabit enerji mənbəyini təmin etmək məqsədilə səy göstərən bütün tərəflərə uğurlar arzulayıram. Builki Xəzər neft və qaz sərgisində bütün iştirakçılara uğurlu həftə diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB