Sumqayıtda “Liberal köşk” aksiyası keçirilib

Sumqayıtda “Liberal köşk” aksiyası keçirilib
"Gələcək" İctimai Birliyi tərəfindən Sumqayıt şəhərində "Liberal köşk" adlı aksiya keçirilib. SİA-nın məlumatına görə, aksiyanın keçirilməsində məqsəd müxtəlif sosial təbəqəli insanlar arasında liberalizmin nə olduğunu və hansı dəyərləri özündə birləşdirdiyini yaymaq olub. "Liberal köşk" adının seçilməsi isə səyyar qəzet, məlumatlandırıcı mənasını simvolizə edir. Belə ki, bu məqsədlə şəhər sakinlərinə üzərində " Liberalizm hər fərdin inanc, vicdan və düşüncə azadlığının tanınması lazım olduğunu müdafiə edən iqtisadi və siyasi təlimdir" sözləri yazılan bookmarklar paylanılıb. Aksiyadan 200-ə yaxın insan yararlanıb. Bu addım birliyin ənənəsi olan bir fəaliyyətidir və mütəmadi olaraq keçirilir.


Qeyd edək ki, "Gələcək" İctimai Birliyi Sumqayıt gəncləri tərəfindən 2010-cu ildə yaradılıb və təşəbbüs qrupu olaraq fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə