Cəbhəyanı yaşayış məntəqələrinə ilan sürüləri hücum çəkib

Cəbhəyanı yaşayış məntəqələrinə ilan sürüləri hücum çəkib

Hava şəraitinin o qədər də isti keçməməsinə baxmayaraq artıq cəbhəyanı yaşayış məntəqələrində ilanların çoxalması müşahidə olunur. Əvvəllər əkin sahələrində daha çox görünən ilanlar indi yaşayış məntəqələrinə soxulub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, son günlər Ağdamın Çəmənli və Çıraqlı kəndlərində ilan sürüləri peyda olub.

Kənd sakinlərinin sözlərinə görə, ərazilərdə bu qədər ilan sürülərinin çoxalması ilə ilk dəfədir qarşılaşırlar. Ermənistan ordusu işğal altında olan torpaqlarımızda tez-tez yanğınlar törətdiyindən əraizdə olan vəhşi heyvanlar o cümlədən, ilanlar cəbhə kəndlərinə üz tutur.

Qeyd edək ki, ərazilərdə ilanlar çoxaldığından kəndlilər əkin sahələrinə çıxmaqda çətinlik çəkirlər.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə