Azad Rəhimov ingiltərəli lordlarla görüşüb

Bu gün gənclər və idman naziri Azad Rəhimov ingiltərəli lordlar Lord Muhamed Şeyx, Lord Patel (Lord Patel of Bradford), Lord Risby və Lord Dykeslə görüş keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə və Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər.

Görüş zamanı Azərbaycanda gənclər və idman sahələrində görülən işlər, əldə olunan uğurlar və London Yay Olimpiya oyunlarına hazırlıq barədə danışılıb. Bununla yanaşı, hər iki ölkənin gənclər təşkilatlarının daha sıx qarşılıqlı əməkdaşlığı, İngiltərədə təhsil alan Azərbaycanlı tələbələr üçün İngiltərə parlamentindəbir sıra görüşlərin keçirilməsi, onlarınbir araya gəlmələri, İngiltərədə Azərbaycanın gününün keçirilməsi kimi təkliflər irəli sürülüb. Bununla yanaşı hər iki ölkənin idmançılarının təcrübə mübadiləsi keçməsi fikri də təklif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə