Azad İsgəndərli: “Azərbaycan dövlətinin gördüyü işlərə kölgə salmaq Allahsızlıqdır”

Azad İsgəndərli: “Azərbaycan dövlətinin gördüyü işlərə kölgə salmaq Allahsızlıqdır”
"Amnisti İnterneşnl" (Amnesty international) jurnalının və "Human Rights Watch" təşkilatlarının Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində ölkəmiz haqqında verdikləri açıqlamalar qətiyyən bizləri qane etmir\". SİA-nın xəbərinə görə, bunu Səs TV-yə açıqlamasında Sosial hüquqların monitorinqi qrupunun koordinatoru Azad İsgəndərli deyib. Onun sözlərinə görə, hər iki təşkilatın Azərbaycanla bağlı verdikləri açıqlamalar qərəzçilik xarakteri daşıyır:


"Çünki adı çəkilən bu təşkilatlar düz 20 ildir ki, Azərbaycan haqqında tənqidedici, kəskin münasibətlər bildiriblər. Hesab edirəm ki, bunların bu günki ərəfədə verdikləri bəyanatlar qərəzçilik xarakteri daşıyır. Əlbəttə ki, bunu da onunla əsaslandırıram ki, torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz hələ də öz yurd-yuvalarından didərgin düşüb. Bununla da Azərbaycanda insan hüquqları kobud şəkildə pozulmuş hesab olunur. Bu günə kimi də hər iki təşkilat buna heç bir münasibət bildirməyib. Demək olmaz ki, heç bir ölkədə bu kimi neqativ hallar baş vermir. Əlbəttə ki, baş verir. Ən azından adı çəkilən bu təşkilatlar Azərbaycanda baş verənlərə rəy verdikləri halda ölkəmizdə insan hüquqlarının kimlər tərəfindən pozulduğunu insan haqlarını kimlər pozur? Avropanın, Amerikanın (ABŞ) mötəbər dedikləri qurumlar hansı ki, ölkəmizdə insanlıq əleyhinə cinayətlər törədib və onların hərəkətlərinə bu günə kimi də göz yumulur". A.İsgəndərli Azərbaycanda müxalifət fikirli, düşüncəli insanların gördüyü işlərə də münasibət bildirib:


"Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı dövlətimizin apardığı siyasətə dəstək verməlidir, eləcə də öz millətinin xalqının düşüncələrinə hörmətlə yanaşmalıdır. Hansısa beynəlxalq təşkilatlardan 3-5 manatlıq qrant alıb Azərbaycan dövlətinin gördüyü işlərə kölgə salmaq Allahsızlıqdır. Mən bunu ölkə ictimaiyyətinin adında da danışaraq deyirəm. Digər tərəfdən beynəlxalq donor təşkilatlardan hansısa qrant naminə vəsait əldə edərək, ölkəmiz əleyhinə öz millətini rüsvay etmək xatirinə onların gördüyü işlər satqınlıqdır, millətinə, vətəninə böyük bir xəyanətdir. Belə bir insanların Azərbaycanda yaşamaq hüququ yoxdur. Bunların məqsədi Azərbaycan dövlətini beynəlxalq aləmdə gözdən salmağa xidmət etməkdir. Bunun da bir adı var o da satqınlıqdır. Azərbaycan müxalifəti paytaxt Bakıda keçirilmiş "Avroviziya" ərəfəsində ölkəmizə gələn xarici qonaqlara Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünlərindən, ölkəmizin təklənməyindən, BMT-nin və yaxud da ATƏT-in Minsk qrupundan danışsaydılar, bu reallığı əks etdirə bilərdi. Onlar bütün bu olanları bir kənara qoyaraq başqa-başqa məsələləri qabartmaqla məşğuldurlar. Bunların hər biri cəfəngiyyatdır, ölkəmizin beynəlxalq arenada imicinə ləkə vurmağa xidmət edir".


Sosial hüquqların monitorinq qrupunun koordinatoru hər bir müxalifət nümayəndəsini açıq debata da çağırırıb:


"Onları debata çağıraraq demək istəyirəm ki, sizin gördüyünüz işlər dövlətə, vətənə xəyanətdir. Çünki bu gün hər kəs bilir ki, Azərbaycanın istər paytaxt Bakı şəhərində, istərsə də regionlarında böyük bir abadlıq, quruculuq işlər gedir. Digər bir tərəfdən bu gün Azərbaycan müxalifətində təmsil olunan şəxslər həyatda uğursuzluğa düçar olmuş insanlardır. Əgər adı çəkilən hər iki təşkilat 3-5 nəfər müxalifətin küçələrə çıxaraq səsini duyursa, onlar 100 minlərlə Azərbaycanlının alqış səslərini də eşitməlidirlər. Azərbaycanın dövləti, bayrağı və onun rəhbəri cənab prezident İlham Əliyev bizlərin qürur, qeyrət mənbəyimizdir".

Bütün xəbərlər Facebook səhifəmizdə