“Təmiz Şəhər” ASC iməcilik aksiyası keçirəcək

“Təmiz Şəhər” ASC iməcilik aksiyası keçirəcək

5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündən sonra ilk şənbə günü, iyunun 9-da "Təmiz Şəhər" ASC və "Xəzər" İnkişaf Fondu Xəzər rayonunda yerləşən çimərlik ərazisinin tullantılardan təmizlənməsi məqsədilə iməcilik aksiyasının keçirilməsini planlaşdırır. "Təmiz Şəhər" ASC-dan SİA-ya verilən məlumata görə, təmizlik aksiyasının keçirilməsində məqsəd əhalinin yay ayları ərzində istirahət etdikləri məkanın təmizliyinə məsuliyyətli yanaşmasını təbliğ etmək və gənclərin ətraf mühitin mühafizəsi sahəsində fəal iştirakını təmin etməkdir.

Aksiyada "Yaşıl Velosipedçilər" Klubunun, "Green Baku" təşkilatının üzvləri və "Təmiz Şəhər" ASC-nin əməkdaşları iştirak edəcəklər. Çimərlik ərazisindən toplanan tullantılar Balaxanı poliqonuna daşınacaq.

Məlumat üçün bildirək ki, iməcilik aksiyasında iştirak etmək istəyənlər üçün 9 iyun tarixində saat 10:00-da Xətai metrosunun qarşısından xüsusi avtobuslar təşkil ediləcək.



Bütün xəbərlər Facebook səhifəmizdə