YAP Gənclər Birliyindən növbəti yenilik - FOTOLAR

Bu gündən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və "Siyasi Maarifçilik" İctimai Birliyinin birgə təşəbbüsü ilə hazırlanan yeni "Təbiəti qoruyaq" layihəsi çərçivəsində keçiriləcək silsilə tədbirlərə start verilib. SİA-nın xəbərinə görə, ilk belə tədbir 5 iyun-Ümumdünya ətraf mühitin mühafizəsi gününə həsr olunub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutan tədbirdə tələbələrə təbiətdə olan müasir texnologiyalarla bağlı mühazirə kursu keçirilib.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə ekoloji məsələlərin həllinə diqqəti daha da artırıb. Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə görülən işlər, genişmiqyaslı ekoloji proqramların həyata keçirilməsi ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlib: "Ölkənin hər yerində ekosistemin qorunması, yaşıllaşdırma tədbirləri, eləcə də təbiəti və ətraf mühiti qorumağa yönələn elmi-maarifləndirici tədbirlər həyata keçirilir. Düşünürük ki, Siyasi Maarifçilik İctimai Birliyi ilə başlanan yeni layihə aktiv gəncləri gələcəkdə hərtərəfli dünyagörüşünə, mənəviyyata sahib bir vətəndaş kimi yetişəcək və dövlətçiliyə öz töhfələrini verəcək".

"Siyasi Maarifçilik" İctimai Birliyinin sədri Mehman İsmayılov layihə haqqında məlumat verərək bildirib ki, onun keçirilməsində məqsəd gənclərə təbiəti qorumağın onu dərk etməklə mümkün olduğunu, innovasiya fəaliyyətinin heç də çətin olmadığını göstərməkdir. O, birgə layihələrin bundan sonra da davamlı olacağını vurğulayıb.

"Təbiət Elmləri" İctimai Birliyinin sədri, bioloq Rövşən Ələkbərov isə təqdimatla çıxış edib. O, tələbələrin möcüzə saydıqları təbiətin bir sıra gözəlliklərini slaydlar vasitəsilə izah edib. Sonda gənclərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə