Xəbər verdiyimiz kimi, Qafqaz Universiteti və "Çağ" Öyrətim Şirkətinin təşkilatçılığı ilə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Türkiyədə səfərdə olub. SİA-nın xəbərinə görə, Türkiyənin İstanbul şəhərində reallaşan səfər iyunun 1-dən 4-dək davam edib.
Azərbaycanlı jurnalistlər səfər çərçivəsində İstanbulun müxtəlif tarixi məkanlarını və görməli yerlərini ziyarət ediblər. Səfərdə olan müxbirimizin xəbərinə görə, ilk gedilən yer dünya ölkələrinin də marağına səbəb olan "İstanbul Akvarium" olub.
Məlumat verilib ki, bu akvariumda müxtəlif balıq növlərinə rast gəlmək mümkün idi. Müxtəlif hissələrdən ibarət olan mərkəz bir-birindən gözəl ab-havası ilə seçilirdi. Burada həm müxtəlif balıq növlərini izləmək mümkündür. Bundan əlavə, buz dövrünə aid yerdə qış fəslinin müxtəlif heyvanlarına, həm də yaradılan cəngəlliklərdə yay fəslinə aid müxtəlifliklərə rast gəlmək mümkündür.
Daha sonra Azərbaycanın aparıcı KİV nümayəndələri Bizans və Osmanlı imperiyalarının dövründən qalmış tarixi abidələrlə yaxından tanış olublar.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB