“Azərbaycan və UNESCO 20 il: davamlı inkişaf ” adlı konfrans keçirilib - YENİLƏNİB

Bu gün Azərbaycan Milli Emlər Akademiyasının İnsan Hüquqları İnstitutu, UNESCO-nun Azərbaycandakı Milli Komissiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan və UNESCO 20 il: davamlı inkişaf " mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva tədbirdə çıxışı zamanı bildirib ki, UNESCO Azərbaycanın maraqlarının təmin olunmasına çox böyük işlər aparıb.

Bunu Azərbaycan üçün çox əhəmiyyətli sayan A.Mustafayeva qeyd edib ki, Azərbaycada bir çox millətlər yaşayır, onları mədəniyyətlərinin, dinlərinin qorunması ilə bağlı Azərbaycanda heç vaxt problem olmayıb: "İnsan hüquqlarının ən böyük prinsipi bu dözümlülük, başqalarının hüquqlarına hörmətdir. Tolerantlıq baxımından Azərbaycan bir çox ölkələr üçün nümunədir. Artıq 20 illik dövrü əhatə edən YUNESKO-Azərbaycan əlaqələri getdikcə daha da genişlənir və müxtəlif istiqamətləri əhatə edir. Birgə əməkdaşlığın məhsulu olan ən sonuncu tədbir Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1 il öncə Bakıda keçirilən YUNESKO-nun Bioetika Komitəsinin toplantısı olub. İkitərəfli əlaqələrdə insan hüquqlarma böyük önəm verildiyini vurğulayan millət vəkili xatırladıb ki, bu sahəyə həsr olunan və birgə fəaliyyət nəticəsində təşkil edilən yüksək statuslu tədbirlər bundan sonra da insan hüquqlannın ayrı-ayrı aspektlərinin problemlərininin çözülməsi ilə məşğul olacaq\".

A.Mustafayeva vurğulayıb ki, UNESCO Azərbaycanın maraqlarının təmin olunmasına çox böyük işlər aparıb. Bunu Azərbaycan üçün çox əhəmiyyətli sayan institutun direktoru qeyd edib ki, Azərbaycada bir çox millətlər yaşayır, onları mədəniyyətlərinin, dinlərinin qorunması ilə bağlı Azərbaycanda heç vaxt problem olmayıb: "İnsan hüquqlarının ən böyük prinsipi bu dözümlülük, başqalarnın hüquqlarına hörmətdir. Tolerantlıq baxımından Azərbaycan bir çox ölkələr üçün nümunədir".

UNESCO-nun Azərbaycandakı Milli Komissiyasının I katibi Günay Əfəndiyeva isə Azərbaycanın beynəlxalq təşkilat üçün çox önəmli partnyor olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanla UNESCO arasında müxtəlif sahələr üzrə cox uğurlu əməkdaşlıq əlaqələri yaradılıb və hazırda bu əməkdaşlığın daha da genişləndirilməsi üçün işlər aparılır.

UNESCO-nun Azərbaycanın layihələrini həmişə dəstəklədiklərini deyən G.Əfəndiyeva qeyd edib ki, 20 il əvvəl Azərbaycan UNESCO-ya üzv qəbul olunub. Hazırda Azərbaycan UNESCO-nun bır çox alt komitələrinə üzvdür: "20 il ərzində çox uğurlu əməkdaşlıq olub və bu əməkdaşlıq nəticəsində 20 il ərzində müxtəlif tədbirlər keçirilib. 20 il ərzində Azərbaycan müxtəlif tədbirlərə ev sahibliyi edib. Bütün bu tədbirdə UNESCO tərəfdaş kimi çıxış edib. Bu demək olar ki, UNESCO-nun Azərbaycana göstərdiyi etimaddır".

\"YUNESKO-nun Moskva bürosu və YUNESKO üzrə Azərbaycan Respublikasmın Milli Komissiyası arasında sosial və humanitar elmlər sahəsində əməkdaşlıq\" mövzusunda çıxış edən YUNESKO-nun Moskva bürosunun sosial və humanitar elmlər proqramı üzrə mütəxəssisi Alla Ampar qeyd edib ki, son vaxtlar nəinki YUNESKO-nun müxtəlif milli büroları ilə YUNESKO-nun baş ofısi arasında, həmçinin onun ayrı-ayrı ölkələrdəki milli nümayəndəlikləri arasında da birbaşa əməkdaşlıq genişlənməkdədir. Bu cür əlaqələri YUNESKO rəhbərliyi də hərtərəfli dəstəkləyir. Bu baxımdan, YUNESKO-nun Moskva və Bakı nümayəndəlikləri müxtəlif layihələrin gerçəkləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərirlər.

Konfransda YUNESKO-nun Bioetika Baza Tədris Proqramının Azərbaycan dilində nəşrinin və habelə, YUNESKO-nun Baş Ofısinin verdiyi sertifikatlarının təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...